Ölkə futbolu

Mustafa Dənizli: “Azərbaycan yığmasının hər zaman şansı var”

Xəbər verdiyimiz kimi Azərbaycan yığması Fransada keçiriləcək AÇ-2016-nın seçmə mərhələsində İtalya, Xorvatiya, Norveç, Bolqarıstan və Malta milliləri ilə eyni qrupda yer alıb.

İdmanxeber.com-un məlumatına görə, "Xəzər Lənkəran"ın təcrübəli baş məşqçisi Mustafa Dənizli bu püşkü barədə öz fikirlərini bildirib:

"Azərbaycanın yer aldığı qrupda çətin komandalar yer alır, bu komandanın gözünü qorxutmamalıdır. Milli komandanın yaxşı potensialı var. Həmin qrupda üçüncü yer üçün Azərbaycan yığmasının hər zaman şansı var"

Sportal.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43