Ölkə futbolu

Mustafa Dənizli futbolçulara istirahət vermədi

“Xəzər Lənkəran” Lənkəranı tərk edib.

İdmanxeber.com-un məlumatına görə, Mustafa Dənizli futbolçularına istirahət verməyib. Belə ki, komanda bu gün səhər saat 11:00-da Lənkəranda məşqə çıxıb və daha sonra Lənkəranı tərk edərək, Bakıya yola düşüb. Komanda XXIII tur çərçivəsində AZAL-la matçın hazırlığını paytaxtda davam etdirəcək.

Qeyd edək ki, AZAL – “Xəzər Lənkəran” matçı bazar günü saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43