Ölkə futbolu

Mustafa Dənizli göstəriş verdi, “Xəzər Lənkəran” 2 futbolçu icarəyə götürdü

"Xəzər Lənkəran" əvəzedici komandasından 4 yeni futbolçu heyətinə qatıb.

Baş məşqçi Mustafa Dənizli Kazım Kazımlı, Kamran Abdullazadə, Tərlan Qasımzadə və Elvin Mirzəyevi əsas heyətə çağırıb. Onlar Antalyaya təlim-məşq toplanışına aparılacaqlar.

Qeyd edək ki, Kamran Abdullazadə və Tərlan Qasımzadə hal-hazırda hərbi xidmətdə olduqlarından, onlar MOİK-də çıxış edirlər. Həmin futbolçular icarə əsasında “Xəzər Lənkəran”a cəlb olunublar.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43