Ölkə futbolu

Mustafa Dənizli iddialı danışdı: “Son sözümüzü söyləməmişik”

"Xəzər Lənkəran" Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk görüşündə səfərdə "Qəbələ"yə böyükhesabla məğlub olaraq, şanslarını demək olar ki, azaldıb.

İdmanxeber.com-un məlumatına görə, Cənub klubunun baş məşqçisi Mustafa Dənizli darmadağını belə şərh edib:

“Bu cür oyunu gözləmirdim. Məğlub olduq. Fikrimcə, cavab qarşılaşması Azərbaycan kubokunun tarixində ən vacib oyunlardan biri olacaq. İlk oyunda məğlub olsaq da, finala çıxmaq şansımızı itirməmişik. Bir həftədən sonra keçiriləcək cavab qarşılaşmasının necə nəticələnəcəyi hamımız görəcəyik. Hamı cavab oyununu gözləsin. 0-3 ağır hesabdır. Son sözümüzü söyləməmişik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43