Ölkə futbolu

Mustafa Dənizli iki futbolçunu Qəbələyə aparmadı

“Xəzər Lənkəran” Qəbələyə iki əsas heyət üzvü olmadan gedib.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Cənub klubu kubokun yarımfinal matçı üçün yollandığı Qəbələyə Adrian Pit və Deyvid Sakkonisiz gedib. Hər iki futbolçunun zədəsi olduğundan Qəbələyə aparılmayıblar. 

Futbolçuların müalicəsi Bakıda davam etdirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43