Ölkə futbolu

Mustafa Dənizli: “Məğlubiyyətin olacağını bilirdik”

Premyer Liqanın 22-ci turu çərçivəsində “Xəzər Lənkəran” öz meydanında “Bakı”ya məğlub olub – 0:2.

İdmanxeber.com-un məlumatına görə, “ağ-yaşıllar”ın baş məşqçisi məğlubiyyəti belə izah edib:

“Azərbaycanda ilk məğlubiyyətimi aldım. Demirəm ki, yaxşı oynadıq, səhvlərimiz çox oldu. Adətən qollar buraxılan səhvdən vurulur. Qapımızdan bir qol buraxdıqdan sonra hesabı bərabərləşdirmək üçün irəli atıldıq, lakin qapımızdan ikinci qolu buraxdıq. Məğlubiyyətin olacağını bilirdik, bu tura təsadüf etdi. “Bakı”da bizim kimi oyuna hücumlarla başladı. Biz məğlub olduq, “Bakı”ya qarşıdakı oyunlarda uğurlar arzulayıram”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43