Müsahibə

Mustafa Dənizli: “Mütləq bir futbolçu alacağıq” – MÜSAHİBƏ

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli Türkiyənin Antalya şəhərinə ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibə verib. Təcrübəli mütəxəssisi Türkiyənin “Gəbclərbirıyi” klubu ilə yoxlama oyunu (0:2) və hazırlıq barədə sualları cavablandırb.

– Artıq ikinci yoxlama oyununu keçirdiz. Bu dəfə də qol vura bilmədiz. Nikbin düşünməyə əsas verən məqamlar varmı?

– Hər şey ayxşılığa doğru gedir. Qol vurmamaq ayrı şeydir, belə imkan yaratmamaq ayrı. Biz bu gün də, “Çaykur Rizəspor”la matçda da qol vura bilərdik. Bu vacib deyil. Düzdür, qol vurmaq baxımından problem var. Lakin bunu həll edərik.

– Heyəti gücləndirmək üçün yeni transferlər olacaqmı?

– Axtardığımız futbolçunu hələ tapmamışıq. Hücumameylli futbolçu transfer etməliyik. Qol imkanları yarada biləcək oyunçu istəyirik. Bir neçəsi ilə danışığımız olub. Bəziləri gəlmək istəməyib, bəziləri yüksək pul istəyib. Amma hələ vaxtımız var iki oyunçu heyətə qatacağıq. Bütün bunlar hazırlığın bir parçasıdır. Belə oyunlardakı nəticə də vacib deyil.

– İki oyunçunun transfer etmək istədiyinizi dediz. Onlar alınmasa necə olacaq?

– Məncə ən azı biri alınar. Mütləq birini transfer edəcəyik.

– Futbolçuların bugünkü durumundan razı qaldız?

– Futbolçu bir gün yaxşı oynaya bilər, digər gün pis. Əsas odur ki, onların nə bacardığını bilirik.

– Türkiyəli futbolçu Hasan Kabze komandanıza gəlməyə razı olduğunu deyib…

– Bunu sizdən eşidirəm. Türkiyədən futbolçu almaq üçün klublarınız indi ödədiklərindən 2-3 qat artıq ödəməlidir. Bu məsələni də araşdırarıq.

– Heyətdəki müəyyən dəyişikliklər nə ilə bağlı idi?

– Bu sadəcə hazırlığın bir parçasıdır.

– Yeni qapıçı Vyekoslav Tomiçin oyunu haqda nə deyə bilərsiniz?

– Tomiçi mən Türkiyədən tanıyıram. Duqlas Leytenin gedişindən sonra qapıçı almağa ehtiyacımız var idi. Belə matçlara əsasən ona qiymət vermək üçün yetərli deyil.

– Bundan sonra yenə yoxlama oyununuz olacaq?

– Ayın 25-də daha bir matç keçirmək istəyirik. Bəlkə də bu oyun oldu. Bizim matçdan daha çox məşq keçməyə, çalışmağa ehtiyacımız var.

– Topaz Premyer Liqasının ilk turunda qarşılaşacağınız “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov artıq iki matçdır sizin komandanı izləyir. Bəs siz onların sabahkı oyununa gedəcəksiz?

– Yox. Bizim üçün hər rəqib önəmlidir. Biz də o qarşılaşmalara hazırlaşacağıq. “Qarabağ”ın matçına gedib-getməyəcəyimizi isə elan edəsi deyilik ki.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43