Premyer Liqa

Mustafa Dənizli narazı qaldı

Premyer Liqanın  16-cı turunda “Xəzər Lənkəran” səfərdə “İnter” ilə heç-heçə edib- 0:0.

Oyunsonrası keçirilən mətbuat konfransında ikincilərin baş məşqçisi Mustafa Dənizli matç haqda fikirlərini açıqlayıb:

“Rəqibimiz yaxşı komandadır, son vaxtlar yüksəlişdədir. Buna baxmayaraq, məqsədimiz qələbə qazanmaq idi. Komandamdan razı qalmasam da, sonadək mübarizə apardılar. Oyunboyu üstünlük bizdə idi. Ən azından, komandamda məğlub olmaq qorxusu yox idi. Hələlik komandanı tanımağa çalışıram. Hakimliyə gəlincə, o da bizim kimi insandı. İndiyədək ədalət təmsilçiləri haqda danışmamışam. Hər halda, hakim xətaları da futbolun bir gözəlliyidir. İdarəçiliyindən narazı qalmadım”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43