Ölkə futbolu

Mustafa Dənizli: “Neftçi” azarkeşləri gəlsəydi, o zaman əsl derbi abu-havası hiss olunacaqdı”

Bu gün oynanılan “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşmasını PFL-in məlum qərarı ilə yalnız cənub klubunun azarkeşləri izləyib. Bu vəziyyətə “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli münasibət bildirib:

“Bu çox pis haldır. Azarkeşsiz futbol olmaz. Mən çox istərdim ki, “Neftçi” azarkeşləri də bu matçı izləsinlər. Əgər “Neftçi” azarkeşləri gəlsəydi, o zaman əsl derbi abu-havası hiss olunacaqdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43