Ölkə futbolu

Mustafa Dənizli “Qalatasaray”ın prezidentindən nə tələb etdi?

“Xəzər Lənkəran”dan ayrılan və bu klubda idman direktoru kimi fəaliyyətə başlayacağı bildirilən Mustafa Dənizli “Qalatasaray”ın B planı olaraq qalır.

İdmanxeber.com “fotomaç”-a istinadən xəbər verir ki, “Cim-Bom” rəhbərliyi Robeto Mançininin istefasının ardından Dənizlini bu posta gətirəcək.

İyunun 15-i “Qalatasaray”da baş məşqçi məsələsinin son olaraq həllini tapacağı gündü. Türkiyə mətbuatı iddia edir ki, Dənizli bu baş məşqçi postuna 1 nömrəli namizəddi. Hətta Dənizlinin Mevlud Erdinc transferi ilə bağlı “Qalatasaray” prezidenti Ünal Aysala götəriş verdiyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43