Ölkə futbolu

Mustafa Dənizli “Qəbələ” ilə oyun haqda danışdı

Premyer Liqanın 21-ci turunun maraqla gözlənilən oyunlarından biri Qəbələdə baş tutacaq. Burada yerli komanda “Xəzər Lənkəran”ı sınağa çəkəcək.

Mustafa Dənizlinin rəhbərlik etdiyi komandanın “Qəbələ” ilə oyundan qələbə ilə ayrılması ehtimalı azdı. Həm turnir cədvəlində qərarlaşdığı yerlərə, həm də hər iki komanda arasında oyun baxımından fərqə baxsaq, cənubluların bu matçdan 3 xalla ayrılmasının çox çətin olacağını deyə bilərik.

Digər bir tərəfdən “Xəzər Lənkəran” Mustafa Dənizlinin rəhbərliyi altından meydana çıxdığı 5 oyunda məğlub olmayıb. 

Bundan əlavə, çalışdırıcının gərgin matç haqda fikirləri də hamınız üçün maraqlıdı. Ona görə də, sözü çox uzatmadan baş məşqçinin fikirləri ilə sizi tanış edək: 

“Qəbələdən 3 xalla qayıtmayılıq. Ard-arda üst pillələrdəki komandalarla qarşılaşırıq. Əsas odu ki, bu oyunlardan uğurlu nəticə ilə ayrılaq. İstəyimizə çatsaq, turnir cədvəlində irəliləmək imkanımız olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43