Ölkə futbolu

Mustafa Dənizli qərarını dəyişdi

Premyer Liqanın XVII turu çərçivəsində dekabrın 15-də “Rəvan” klubunu “Fırtınalar meydanı”nda qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını doğma şəhərdə davam etdirir. Komanda dekabrın 11-də saat 16:00-da stadionun ehtiyat meydançasında məşqə çıxıb. İsinmə hərəkətləri ilə başlayaraq toplu çalışmalarla davam edən və iki tərəfli oyunla yekunlaşan hazırlıq prossesi bir saatdan çox sürüb. Zədəsini qismən sağaldan Adrian Skarlatakenin də məşqə qatıldığını qeyd edək.

Mustafa Dənizli yetirmələrini daim gərginlikdə saxlamaq məqsədi ilə tez-tez məşq plannını dəyişir. Onu da bildirək ki, elə dekabrın 11-dəki hazırlıq prossesinin də səhər olacağı gözlənilsə də, Dənizli futbolçulara yalnız günorta yeməyi zamanı məşqin saat 16:00-da başlayacağını  bildirmişdi.

12cioyuncu.info



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43