Ölkə futbolu

Mustafa Dənizli sərt üzünü göstərdi: azarkeşlərin sevimlisi komandadan qovuldu

“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Mustafa Dənizli komandanın futbolçusu Ağabala Ramazanovu cəzalandırıb.

20 yaşlı hücumçu əsas komandadan kənarlaşdırılaraq, əvəzedici heyətə göndərilib. Premyer Liqada AZAL-la oyunda futbolçunun intizamsızlığı buna səbəb olub. Ramazanov 1:1 hesabı ilə başa çatan oyunda aqressiv hərəkətlərinə görə, birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Dənizli futbolçunu Azərbaycan kubokunda "Neftçala" ilə oyunda heç "18-liyə" də salmayıb. Halbuki çemiponatdakı cəza kuboka şamil edilmir.

Qırmızı vərəqə aldığına görə, çempionatda qarşıdakı iki oyunu buraxacaq olan futbolçunun əvəzedici heyətə göndərilməsi də səbəbsiz deyil. Belə ki, türkiyəli çalışdırıcı Ramazanovu oyun praktikasını itirməməsi üçün əvəzedici heyətə göndərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43