Ölkə futbolu

Mustafa Dənizli: “Tural Cəlilov, Elnur Abdullayev, Rahid Əmirquliyev və Rasim Ramaldanov…”

“Nə deyəcəyimi bilmirəm. Bir neçə həftədir ki, yaxşı oynasaq da, pis oynasaq da məğlub oluruq. Uğursuz bir seriyamız var, bu gün də davam etdi. Çevirə biləcəyimiz bir oyunda məğlub olduq. Bu psixologiya ilə də qələbə qazanmaq olmur. Uğursuz seriyanı qıra bilmədik. Hədəfimiz kubokda uğur qazanmaqdı. Təəssüf ki, yarımfinalda mübarizəni dayandırdıq”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli deyib.

Türkiyəli mütəxəssis “İnter”lə oyunda alınan acı yenilgi haqda danışarkən daha sonra sözlərinə belə davam edib:

“Premyer Liqada qazanacağımız bir şey yoxdur. Amma buna baxmayaraq, komanda uğuru çıxış etməlidir. Komandanın yetirmələrinə də diqqət yetirməliyik. Bu layihəni rəhbərliklə bir daha müzakirə edəcəyik. Məğlub olduğumuz üçün üzülürəm. Çox az sayda yerli futbolçulara sahibik. Formada olsalar da, olmasalar da məcburiyyətdən onları meydana buraxırıq. Biri zədələnəndə nə edəcəyimizi bilmirik. Hamısı mövsüm boyu çox çalışdı, komandanın yükünü çəkdilər. Xüsusən də Tural Cəlilov, Elnur Abdullayev, Rahid Əmirquliyev və Rasim Ramaldanov. Qış fasiləsində bəzi oyunçuları heyətimizə cəlb etmək istəyirdik, alınmadı. Transferlər etməyimiz şərtdir. Hər bir futbolçunun problemi ola bilər”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43