Ölkə futbolu

Mustafa Dənizli: “Türkiyədə belə derbiləri çox görmüşəm”

"Xəzər Lənkəran" yeni baş məşqçisi Mustafa Dənizlini ictimaiyyətə təqdim edir.

Təcrübəli çalışdırıcı jurnalistlərin önünə çıxıb. Təqdimat mərasimindən olan ən son xəbərləri sizə çatdırmağa çalışacağıq:

                                                   ***
"Hamını salamlayıram. Azərbaycana  gələndə təəccübləndim. Məni bura gətirən klub prezidenti oldu. Mübariz Mənsimov çoxdan tanıdığım biridir və üç il əvvəl "Beşiktaş"da bir yerdəydik. İndi də onun qardaşı Mais Mənsimovla işləyəcəm. Hal-hazırda "Xəzər Lənkəran"ın vəziyyəti yaxşı deyil, biz də çalışacağıq ki, liqada daha yaxşı yerlərə gedək, Azərbaycan kubokunda haraya qədər gedə bilirksə, ora qədər gedəcəyik. İki həftə sonra böyük bir layihəyə başlayacağıq. Bu layihə aşağı yaş qrupları ilə bağlıdır. Bu layihə tək "Xəzər Lənkəran" üçün yox, Azərbaycan üçün futbolçu yetişdirməkdir".
                                                  ***
"Dünən ilk oyunuma çıxdım. "Neftçala" liqa təmsilçisi olsa da, onlara hörmətlə yanaşırdıq. Komandadan razı qaldım. Qışda transfer lazım olarsa, ilk olaraq Türkiyədən başlayacayıq. Çünki türk futbolçular sizin sizin mühitə daha tez uyğunlaşa bilir".
"Xəzər Lənkəran"In tez-tez məşqçi dəyişməsi məni qorxutmur. Bu hallarla Türkiyədə də qarşılaşmışam. Bilmək olmaz, bəlkə növbəti beş ildə də "Xəzər Lənkəran"da qaldım".
                                                  ***
"6 milyon alacağım xəbəri həm məni, həm də ailəmi təəccübləndirdi. O pulu heç Türkiyədə verməzlər. İnşallah bu mövsüm muzeyimizə bir kubok apararıq".
                                                  ***
"Mən burada özümü qərib hiss etmirəm. Toşakın klub rəhbərliyi ilə narazılığı olubmu, bilmirəm. Onun "Xəzər Lənkəran"da niyə uğursuz olduğunu deyə bilmərəm".
                                                  ***

"Bilirəm ki, "Neftçi" ilə oyun derbi sayılır. Ancaq Türkiyədə belə derbiləri çox görmüşəm. Ona görə də heç bir problem yoxdur".
                                                  ***
"Futboldakı fəaliyyətim dövründə ən qısa iş yerim ötən mövsüm “Rizəspor”da olub. O klubda işimi davam etdirmək istəyirdim. Amma anlaşa bilmədiyimiz üçün alınmadı. Qalan müqavilələrim ən azı 2 il davam edib. Mən qısamüddətli çalışmağı sevmirəm".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43