Premyer Liqa

Mustafa Dənizli: “Xal itkisi bizim planlarımıza daxil deyildi”

TPL-in “Xəzər Lənkəran” və “İnter” arasında keçirilmiş 24-cü tur oyunundan (0:0) sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli oyun haqda fikirlərini bildirib. Dənizli bunları söyləyib:

“Biz hər iki hissəyə yaxşı başladıq. Ancaq artıq neçənci oyundur ki, xal itiririk. Bu, bizim planlarımıza daxil deyildi. Qeyd etmək lazımdır ki, rəqiblərimiz asan olmayıb. Bu gün heyətdə əsas heyətin bir neçə oyunçusu yox idi. Ancaq belə bir hal hər bir komanda ilə olur. Sonrakı oyunlarda xal qazanmağa çalışacağıq. Hakimliyə gəlincə, qapımıza təyin edilmiş penalti haqda heç nə demək fikrim yoxdur, susacağam. Nə demək istəyirəmsə, özümdə saxlayacağam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43