09 Avqust 2020
  • Ana səhifə
  • Müsahibə
  • Mustafa Dənizli: “Xəzər Lənkəran”a getməzdən əvvəl yeddi klubdan təklif almışdım” – MÜSAHİBƏ
Müsahibə

Mustafa Dənizli: “Xəzər Lənkəran”a getməzdən əvvəl yeddi klubdan təklif almışdım” – MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli Türkiyənin “Milliyət” qəzetinə müsahibə verib. 
 
– Siz türk futboluna borclusunuz, yoxsa əksinə alacaqlarınız var?
– Gözəl sualdı, nə deyəcəyimi bilmirəm. Mən türk futbolundan dünyanı aldım, amma borcumu hələ də ödəməmişəm. Bu sualı mənim gördüyüm işləri indiyə kimi izləyən birinə versəniz, bəlkə fərqli cavablandırar. Amma bizim bu ölkəyə borcumuz bitməz.
 
– Futboldan getmək vaxtınız çatıb? Artıq bu neçənci “sürgündü”?
– Fulbolda ölkə dəyişdirmək sürgündüsə, qoy, elə olsun. O zaman bizim ölkəmizə gələn bütün məşqçilər də sürgündədi. Mən “Xəzər Lənkəran”a getməzdən əvvəl yeddi klubdan təklif almışdım. Ancaq oranı seçdim.
 
– Mübariz məşqçisiniz. “Xəzər Lənkəran”da işləriniz necə gedir?
– Azərbaycandakı layihə fərqlidi. Bura ölkə futboluna əlimdən gələn köməkliyi etmək üçün gəlmişəm. 25 ildir bu işi görürəm. 20 ilə yaxın peşəkar karyeram var. Təcrübəni məktəbdə oxuyaraq qazana bilmərsən. Təcrübə – həyatda yaşadıqlarının birləşməsidi.
 
– “Qalatasaray”ın təklifini niyə qəbul etmədiniz?
– “Qalatasaray” futbola başladığım yerdi. Onlardan təklif almaq qürurverici idi. Ancaq göndərilən təklifi nəzərdən keçirməliydim. “Qalatasaray” isə məni gözləyə bilməzdi.
 
– Bəs, “Fənərbağça”?
– “Fənərbağçda”dan təklif Ərsun Yanalla danışıqlardan sonra gəldi. Onların təklifini əslində rədd etməzdim. Sadəcə, bəzi şərtlər alınmadı. Mənim üçün önəmli olan klubların maraq dairəsində olmağımdı. Əgər onlar mənə təklif göndərirsə, deməli, işimi bəyənirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Vaqif Sadıqov: “Bizim də Avropa səviyyəli komandamızın olması ilə qürur hissi keçirdim” – MÜSAHİBƏ

admin

“Neftçi”ni də keçib, hədəfimizə doğru irəliləyəcəyik” (MÜSAHİBƏ)

admin

Ağasəlim Mircavadov: “Bu mövzularda madiyyat da rol oynayır” (MÜSAHİBƏ)

admin