Ölkə futbolu

Mustafa Dənizli “Xəzər Lənkəran”a yenilik gətirdi

Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində I divizion təmsilçisi “Neftçala” komandasını dekabrın 4-də qəbul edəcək “Xəzər Lənkəran” doğma şəhərdə hazırlıqlarını davam etdirir. Bu gün yeni baş məşqçi Mustafa Dənizlinin rəhbərliyi altında ilk məşqinə çıxan “ağ-yaşıllar” maraqlı yeniliklərlə qarşılaşıb.

Belə ki, həmişə baza-oteldə paltarlarını dəyişib oradan bir başa yardımçı meydaçaya yollanaraq məşq edən komanda üzvləri bu dəfə Mustafa Dənizlinin yeni qaydaları ilə üzləşiblər. Futbolçular öncə stadionun soyunub geyinmə otağına gedib paltarlarını dəyişərək oradan bazanın toplantı zalına qayıdıblar. Mustafa Dənizlinin rəhbərliyində keçən qısa toplantının ardından yardımçı meydançada məşqə çıxıb. Komanda hazırlıq prosesi bitəndən sonra yenidən stadionun soyunub geyinmə otağına gedib və orada futbolçular üçün meyvələrlə bəzədilmiş stollar olub.

Futbolçuların hər məşqdən sonra vitaminlə təmin olunması üçün nəzərdə tutulmuş bu prosedurun bundan sonra həmişə tətbiq olunacağını da qeyd edək.

12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43