Ölkə futbolu

Mustafa Dənizli “Xəzər Lənkəran”dan əl çəkmək istəmir: “Rəhbərliklə görüşəcəm”

“Xəzər Lənkəran”ın baş məşqçi postundan istefaya göndərilən Mustafa Dənizli Türkiyə mətbuatına danışıb.

İdmanxeber.com-un məlumatına görə, türkiyəli mütəxəssis ona gələn təklifləri hələ ki, dəyərləndirmədiyini və yalnız XL-dəki problemini tam həll etmək niyyətində olduğunu bildirib:

“Hazırda heç bir klubla danışıqlar aparmıram. “Xəzər Lənkəran”dan ayrılmağıma baxmayaraq, ordakı problemini tam həll etməliyəm. Azərbaycandakı klubumun rəhbərliyi ilə yenidən görüşüb bəzi məsələləri danışacağam. İlk öncə görməli olduğum iş budu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43