Ölkə futbolu

Mustafa Dənizlidən növbəti qərar: Heç kəsi stadiona buraxmayın!

"Məşqi izləməyə heç stadionun əməkdaşlarına da icazə verilməyəcək"

Bu sözləri "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, "Xəzər Lənkəran"ın "Böyük oyun" öncəsi məşqinə heç bir jurnalist və ya kənar şəxs buraxılmayacaq.

"Bunu baş məşqçi Mustafa Dənizli istəyib. Səbəb kimi isə "Xəzər Lənkəran"ın tamam başqa bir taktika ilə "Neftçi" qarşısına çıxmasını və taktikanın əks tərəfə ötürülməsində göstərib".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43