Ölkə futbolu

Mustafa Dənizlidən xəbər var

Səhhətində yaranan problemlər səbəbindən Türkiyəyə yollanan "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli fevralın 6-da Bakıya qayıdacaq.

İdmanxeber.com-un məlumatına görə, çalışdırıcı tibbi müayinədən uğurla keçib. Onun Premyer Liqanın 20-ci turunda, fevralın 9-da keçiriləcək "Neftçi" ilə oyunda komandanın başında olacağı bildirilir.

Qeyd edək ki, Dənizli yüksək təzyiq səbəbindən yanvarın 31-də Bakıdakı Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilib. O, fevralın 1-də “ağ-yaşıllar”ın “Qarabağ”la keçirdiyi oyun zamanı komandasına rəhbərlik edə bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43