Ölkə futbolu

Mustafa Dənizlinin Bakıya qayıtmasının səbəbi

“Xəzər Lənkəran”da Mustafa Dənizli müəmması davam edir.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, türkiyəli mütəxəssis mətbuata açıqlamasında komandadan getməyəcəyini və bununla bağlı bir mətbuat konfransı keçirərək, bütün suallara aydınlıq gətirəcəyini bildirib.

Lakin sən demə Dənizlinin bu dönüşü son olacaq. Belə ki, Cənub klubunun çalışdırıcısı keçirəcəyi mətbuat konfransında komandadan gedəcəyinin səbəblərini “xırdalayacaq”. 

Qeyd edək ki, Mustafa Dənizlinin klubun fəxri prezidenti Mübariz Mənsimovla görüşə bilməməsi də onun getməsini əsaslandıran səbəblərdəndi. Mustafa Dənizli və onun köməkçiləri son 3 turu da yola verərək, Lənkəran camiəsinə əlvida deyəcəklər. Bundna sonra isə Mirça Rednik yenidən “ağ-yaşıllar2ın sükanı arxasına keçəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43