Ölkə futbolu

Mustafa Dənizlinin istədiyi futbolçu hazırkı komandasına qiymət oxudu: Lənkərana gələ bilər

"Xəzər Lənkəran"ın transfer siyahısında olan Vaqif Cavadov "İnter"də qalıb-qalmayacağı sual olaraq qalır.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Cavadov yaranmış vəziyyətdən istifadə edərək, məvacibini artırılmasını istəyib. Özü də ən azı iki misli qədər.  Bank klubu isə komandanın bombardirini yola gətirməyə çalışır. 

Mustafa Dənizlinin rəhbərliyə təqdim etdiyi transfer siyahısında qərarlaşan Cavadov bundan xəbərdardı. Futbolçu ilk olaraq "İnter"də qalmaq niyyətindədi. Lakin "bankirlər" onun istədiyi məbləğə razılaşacağı təqdirdə Cavadov klubda qalacaq. Əks təqdirdə yeni mövsümdən etibarən Cavaovu Lənkəran klubunda görə bilərik. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43