Ölkə futbolu

Mustafa Dənizlinin istəyi ilə göndərilən futbolçu geri qaytarılır – ÖZƏL

Müqaviləylə "Xəzər Lənkəran"a məxsus olan Uğur Pamuk yayda "Xəzər Lənkəran"a qayıdacaq.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Cənub klubunun baş məşqçisi Mustafa Dənizlinin istəyi ilə icarəyə verilən milliləşdirilmiş futbolçu mövsüm bitən kimi "yuva"ya dönəcək.

Türkiyəli çalışdırıcının Pamuku geri qaytarmasının başlıca səbəbi yeni mövsümlə bağlı verilıən limitlə bağlıdı. Klubun mətbuat xidmətindən saytımıza bildiriblər ki, ola bilsin Pamuk yayda qaytarılsın, lakin son qərarı baş məşqçi verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43