Ölkə futbolu

Mustivar: “Bir xal qazanmadıq, iki xal itirdik”

“Sumqayıt”a qarşı oynamaq asan deyildi. İlk hissədə rəqib komanda qapımız qarşısında bir neçə təhlükəli vəziyyət yaratdı”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri  “Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar deyib.

Topaz Premyer Liqanın 14-cü turunda “Sumqayıt”la keçirilən oyun (0:0) haqda  klubun rəsmi saytına danışan haitili futbolçu  xal itirdikləri üçün üzüldüyünü vurğulayıb:

“Fasilədən sonra biz daha yaxşı oynadıq. Hesabı açmaq üçün şanslarımız oldu, amma bunlardan yararlana bilmədik. Sözsüz, bir xal qazanmadıq, iki xal itirdik. Buna çox təəssüflənirəm. Gələn il keçiriləcək oyunlarda itirilmiş xalları sığortalamağa çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43