17 Sentyabr 2024
Ölkə futbolu

“Mutu məni bu komandaya keçməyə inandırdı” – “Neftçi”nin futbolçusu

“Ötən mövsümün sonunda özüm üçün qərar verdim ki, RPL-dən gedəcəm. 30 yaşım var di, müqavilə bitmişdi. Mövsüm bitəndən sonra əvvəlcə evdə, sonra üç həftə Məkkədə qaldım, sonra bir ay klub axtardım. Bacardığım hər kəslə danışdım. 90-a yaxın adam mənimlə əlaqə saxladı, hər kəs müxtəlif variantlar təklif etdi. Əsas olanlar Türkiyədən idi və mən özüm ora getmək istəyirdim. Bir neçə dəfə o qədər yaxın idi ki, amma alınmadı”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu  Reziuan Mirzov Rusiyanın “Çemponat” nəşrinə müsahibəsi zamanı deyib. O, Azərbaycanda yaşamağın özü üçün yaxşı olduğunu bildirib:

“Məni heç nə narahat etmir. Mətbəxdən, havadan, şəhərdən məmnunam. Komanda məni yaxşı qarşıladı. Bəli, üç ay qaçırdım, formada qalmaq çətin idi. Amma indi yavaş-yavaş formamı yığıram. Ümid edirəm ki, qış toplanışından sonra optimal vəziyyətdə olacağam.

Bakı nağıl kimi zirvədədir. Çox təmiz yeməkləri var. Demək olar ki, həmişə 20 dərəcə isti olur, biz hələ də şortda məşq edirik”.

Mirzov “ağ-qaralar”ın baş məşqçisi Adrian Mutu ilə birlikdə çalışmasından da danışıb:

“Mutu çox perspektivli məşqçidir. Məni bu komandaya keçməyə inandırdı. Mutu kimi adam məni komandasında görmək istəyirdi, əşyalarımı yığıb Azərbaycana yollandım”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43