Dünya futbolu

MY fransalı futbolçuda israr edir

“Mançester Yunayted” Jan-Kler Todibo üçün israrını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, “mankunianlar” 23 yaşlı müdafiəçini Səudiyyə Ərəbistana getmək ehtimalı olan Rafael Varana əsas əvəzləyici kimi görür.

“Nitsa”da çıxış edən Todibo bu mövsüm 10 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

Transfermarkt portalına görə oyunçunun dəyəri 30 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43