Dünya futbolu

MY “İnter”in cinah müdafiəçisini istəyir

”Mançester Yunayted” yayda Denzel Dumfrisi heyətinə qatmağa çalışacaq.

İdmanxeber.az “Tuttosport”a əsasən xəbər verir ki, niderlandlı cinah müdafiəçisinin “İnter”lə olan müqaviləsi 2025-ci ilin yayında bitir. “Nerazzurri” bu yay oyunçunu 40 milyon avroya sata bilər.

Dumfris 2021-ci ildən “İnter”də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 24 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43