Dünya futbolu

MY niderlandlı hücumçuyla maraqlanır

”Mançester Yunayted” “Bolonya”nın forvardı Coşua Zirkzee ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızı şeytanlar” niderlandlı forvard üçün 40 milyon avro ödəməyə hazırdır. Oyunçuyla həmçinin “Arsenal” və “Milan”da maraqlanır.

Zirkzee bu mövsüm “Bolonya”nın heyətində 22 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43