Dünya futbolu

MY sabiq “Bavariya”lı üçün danışıqlara başladı

“Bolonya”nın hücumçusu Coşua Zirkze “Mançester Yunayted”in əsas transfer hədəflərindən biridir.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı niderlandlı 2022-ci ilin yayında “Bavariya”dan 8,5 milyon avroya alınıb və onun transfer dəyəri hazırda 35-40 milyon avro qiymətləndirilir. Mançester klubu futbolçu üçün qarşı tərəflə danışıqlara start verib.

Bu mövsüm Zirkze “Bolonya” üçün 19 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43