Kateqoriyasız

“Nə əldə etmişəmsə, Qurban Qurbanovun sayəsindədir” – Donald Gerye

“Neftçi”nin futbolçusu Donald Gerye “Footballski” nəşrinin suallarını cavablandırıb.

– Zəhmət olmasa, özünüzü tanıdın və karyeranız haqqında məlumat verin…

– Mən haitiliyəm. Karyerama Haitinin “Violette”klubunda başlamışam. Daha sonra ölkəmdə “America des Cayes”də çıxış etmişəm. Orada isə Polşanın “Visla” (Krakov) klubuna keçmişəm. Orada 4 il oynadım. 77 oyun keçirdim və 20 qol vurdum. Azərbaycana getməzdən öncə “Alanyaspor” üçün Türkiyəyə getdim. “Qarabağ”da cinahda və mərkəzdə çoxlu oyunlar keçirdim. Orada 6 qola imza atdım. “Qarabağ”la müqaviləm başa çatdı və “Nefçti”yə keçdim.

– “Visla”dakı vaxtlarınızdan ötrü darıxırsınızmı?

– Bəli (gülür). Hər şeydən ötrü darıxıram. Həmin vaxt gənc idim. Hələ bilmədiyim şeylər var idi. Böyüdüm və “Visla” haqqında öyrəndim. Azarkeşlərdən ötrü çox darıxıram. Qışqırdıqları zaman oyuna təsir edirdilər. Hamısından darıxıram.

– Həmin vaxtın ən yaxşı xatirəsi nədir?

– “Korona”ya qarşı möhtəşəm bir oyun. 35 metrdən qol vurdum. Qol vurandan sonra insanları təəccübləndirdim və çox da sevinmədim. Əvvəllər də gözəl qollar vurmuşdum. Düşünürdüm ki, yeniləri də olacaq.

– Haitidən Polşaya getmək elə də çox rast gəlinən hal deyil. Avropada ilk təcrübəniz necə oldu?

– Mən sahildəki bir şəhər olan “America des Cayes”də oynamışam. Cayes Haitidə üçüncü böyük şəhərdir. Buraya Porta Piment kimi kiçik bir şəhərdən gəlmişəm. İspaniyaya qarşı yoldaşlıq oyunu keçirmişdik. Hər kər rəqibin bizi çox məyus edəcəyini düşündü. Amma elə olmadı, 1:2 hesabı ilə uduzduq və mən qol vurdum. Bu qoldan sonra təklif aldım, “Vilsa”nı seçdim. Oraya oynamaq və inkişaf etmək üçün getdim. Pulu düşünmədim. Daha çox pul təklif edən klublar var idi. Ancaq mənə tutarlı oyun vaxtı vəd etmədilər.

– Çıxış etdiyiniz ölkələrin çempionatlarındakı oyunlarda hansı fərqlər var?

– Böyük fərq var. Polşada əsasən fiziki oyuna üstünlük verilir. Azərbaycanda isə “Qarabağ”ı nümunə kimi götürsək, bu komanda topla gözəl oynayan yaxşı komandadır. Fərq budur. Hətta mən “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsində oynasam da, Polşa çempionatı Azərbaycan Premyer Liqasından daha yüksək səviyyədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Loris əlcəyini satışa çıxardı

admin

“Sabah” “Qarabağ”ın futbolçusunu transfer etdi

admin

Ən yaxşısı “Bakcell Arena”da, ən pisi Bayılda

admin