Dünya futbolu

Nəbiyevli “Slaviya” məğlub oldu

Çexiyanın gənclər liqasında 15-ci turun oyunları keçirilib.

U-21 millimizin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” evdə “Hradeç Kralove” klubuna 0:2 hesabı ilə uduzub.

Nəbiyev start heyətdə meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib.

“Slaviya”nın U-21 komandası hazırda 14 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43