Kateqoriyasız

“Nəhənglər” UEFA-dan ayrılır

Avropanın top-klubları yeni turnir təşkil etməyi planlaşdırır. Bu barədə Almaniyanın “Şpigel” nəşri yazıb.

Bildirilir ki, “Bavariya”nın əsas təşəbbüskar olduğu yeni turnir Avropa Super Liqası adlanacaq. Münhen təmsilçisindən başqa daha 10 klub – “Real”, “Barselona”, “Yuventus”, “Milan”, PSJ, “Mançester Yunayted”, “Çelsi”, “Mançester Siti”, “Liverpul” və “Arsenal”ın liqada daimi iştirak edəcək. İlk ildə “Atletiko”, “Marsel”, “İnter”, “Roma” və “Borussiya” ilə komanda sayının 16-ya çatacağı gözlənilir. Ümumilikdə, 18 komandanın iştirakı gözlənilir.

Yeni yarışın 2021-ci ildən etibarən təşkil olunması planlaşdırılır. Turnirin keçirilməsində əsas məqsəd UEFA ilə gəlirlərin bölüşüşrülməsində yaranan anlaşılmazlıqlardı. Adıçəkilən klubların UEFA-dan ayrılması, turnirin isə Çempionlar Liqasına alternativ olması düşünülür


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43