08 Sentyabr 2024
Ölkə futbolu

“Nəticədən asılı olmayaraq, faydalı toplanış və oyun oldu”

“Hazırlıq prosesi istədiyimiz kimi keçdi, plana uyğun toplanışı başa vurduq”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov “Qəbələ” ilə bu gün keçirilən yoxlama oyunundan sonra mətbuat konfransında deyib.

O, 0:2 hesabı ilə uduzduqları matçı belə şərh edib:

“Oyunda nəyi planlaşdırmışdıqsa, yerinə yetirdik. Hər hissədə fərqli heyətlə oynadıq. Bütün futbolçulara şans verdik, onlar da tapşırıqları yerinə yetirməyə çalışdılar. Bir sözlə, nəticədən asılı olmayaraq, faydalı toplanış və oyun oldu. Ən əsası matçı zədəsiz başa vurduq”. 

A.Bağırov bildirib ki, zədə səbəbindən toplanışa qatılmayan Orxan Əliyev və İsmail Azzaoui Bakıda komandaya qoşulacaq və rəsmi oyunlara qədər tam hazır olacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43