Kateqoriyasız

“Nəticədən razı deyiləm” – “Dudelanj”ın baş məşqçisi

“Nəticədən təəssüflənirik. Oyunumuzdan razıyam. Nəticədən məyus, oyunumuzdan razıyıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Dudelanj”ın baş məşqçisi Bertran Krasson deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Son dəqiqələrdə qol buraxmağımız bizi məyus etdi. Rəqib azlıqda qalarkən bu qolu vurdu. Ona görə də nəticədən razı deyiləm. Ümumilikdə isə, futbolçularımdan razıyam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43