Kateqoriyasız

Namaşko 20-yə çatdı

“Keşlə”nin qapıçısı Stanislav Namaşko Azərbaycan Premyer Liqasında 20-ci quru oyununu keçirib.

İdmanxeber.az PFL-ə istinadən xəbər verir ki, moldovalı qolkiperin yubileyi V turun “Neftçi” ilə matçına təsadüf edib. 0:0 hesabı ilə başa çatan görüşdə qol buraxmayan Stanislav mövsümdə 3-cü dəfə qapısını toxunulmaz saxlayıb.

Bununla da Namaşko mövsümün rekordçusu olan Şahruddin Məhəmmədəliyevə çatıb. “Qarabağ”ın qapıçısı ilk üç turda qol buraxmayıb.

Moldovalının əvvəlki 17 quru oyunu AZAL-ın heyətində qeydə alınıb. O, 2014/15 mövsümündə 3, 2015/16 mövsümündə 14 dəfə qapısını toxunulmaz saxlayıb.

Namaşko Premyer Liqada ümumilikdə 59 matç keçirib. 32 yaşlı qapıçı bu matçlarda 62 top buraxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43