Kateqoriyasız

Namik Ələskərov “Bursaspor”dan ayrılır (RƏSMİ)

Millimizin  üzvü Namiq Ələsgərov Türkiyənin “Bursaspor” klubundan ayrılacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə Bursa təmsilçisinin prezidenti Ömər Furkan Banaz bugünkü mətbuat konfransında açıqlama verib.

O, komandanın I Liqanı tərk etməsinə görə əcnəbi futbolçularının hamısı ilə yolların ayrılacağını bildirib: “Müqaviləsi davam edən 7 legionerimiz var. İki gün ərzində bu məsələni müzakirə edəcəyik. “Bursaspor”un mənafeyinə uyğun ən yaxşı şəkildə onlarla müqavilələri ləğv edəcəyik”.

Mövsümün sona bir tur qalmış “Bursaspor”un aşağı liqaya düşməsi rəsmiləşib. Reqlamentə görə, II Liqada əcnəbi futbolçu oynaya bilməz.

Ötən ildən “Bursaspor”da çıxış edən Namiq 32 oyuna 6 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla 2023-cü ilin yayına qədər müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Addım-addım geriyə

admin

“Qarabağ” darmadağınla finala yüksəldi – GENİŞ İCMAL

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin