Kateqoriyasız

Namik “Bursaspor”da məqlərə çıxmır – bu səbəbə görə

“Bursaspor”da form geyinən millimizin futbolçusu Namik Ələskərov I liqanın son – XXXVIII turunda “Menemenspor”la oyunda meydana çıxmayacaq.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb onun məşqlərə çıxmamasıdır.

Namiklə yanaşı, Joao Pedro, Hasan Ayaroğlu, İsmayıl Yüksək, Kubilay Sönməz və Mehmet Erdem klubun bazasına gəlsə də, məşqə çıxmır. Bu oyunçular “Menemenspor”la matçı buraxacaq.

Bursa təmsilçisinin sona bir tur qalmış I liqanı tərk edəcəyi dəqiqləşib. Komanda II liqada legioner oynada bilmədiyi üçün əcnəbilər klubu tərk edəcək.

Futbolçumuz cari mövsümdə “Bursaspor”un heyətində meydana çıxdığı 33 oyunda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43