30 Sentyabr 2020
Müsahibə Ölkə futbolu

Namiq Ələsgərov: “Neftçi”ni çox çətin yol gözləyir”

“Neftçi”nin yarımüdafiəçisi Namik Ələskərov klubun rəsmi saytına müsahibə verib.

– “Neftçi”nin Antalya toplanışı necə davam edir? Əsas diqqət nəyə yetirilib? Məşqlər hansı rejimdə keçirilir?

– Toplanışın böyük hissəsi geridə qalıb. Hər şey plan üzrə gedir. Gündə iki dəfə məşqə çıxırıq. Həm fiziki, həm də taktiki-texniki planda çalışırıq.

– Yoxlama oyunu demişkən, ilk görüşdə Rumıniyanın “Qaz Metan” klubunu məğlub etdiniz…

– Oyundan yaxşı məşq yoxdur. Sınaq matçı olsa belə. “Qaz Metan”a qarşı yaxşı komanda oyunu göstərdik. Yoxlama görüşlərində nəticə önəmli olmasa da, qalib gəlmək həmişə xoşdur. İki gündən sonra daha güclü komanda – Çexiya “Slovan”ı ilə qarşılaşacağıq.

– Sizcə, komanda çempionatın ikinci hissəsi başlayanadək tam hazır olacaq?

– Toplanışın sonuna bir neçə gün qalıb. Baş məşqçi məşqlərin və yoxlama oyunlarının hesabına ilin ilk oyununadək bizi tam hazırlamağa çalışır. Biz futbolçular da əlimizdən gələni edirik ki, çempionatın ikinci hissəsinə həm fiziki, həm də psixoloji baxımdan hazır olaq. Qarşıda iki yoxlama görüşümüz var. Hesab edirəm ki, həmin oyunlardan sonra tam hazır olacağıq.

– Azarkeşlərimiz çempionatın ikinci hissəsinin startını səbirsizliklə gözləyirlər. Onlara nə çatdırmaq istərdin?

– Türkiyədə olsaq da, bundan xəbərdarıq. Çempionatın lideri olmağımızda azarkeşlərimizin əməyi böyükdür. Ümid edirəm ki, onlar çempionatın ikinci hissəsində də bizə dəstək verəcəklər. Qarşıda bizi çox çətin yol gözləyir. Onların dəstəyi bizim üçün çox önəmlidir. “Uypeşt”lə oyunda zədələnəndə azarkeşlərimizin məni necə dəstəklədikləri yaxşı yadımdadır. Buna görə də azarkeşlərin dəstəyi hər bir futbolçu üçün çox vacibdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Corc Leroy: “Rəqib bizim oyunumuzu yaxşı təhlil etmişdi” – MÜSAHİBƏ

admin

Mahir Mədətovdan şok paylaşım – Azarkeşlərə cavab

admin

“Qəbələ” – “Xəzər Lənkəran” görüşünü kim idarə edəcək?

admin