Ölkə futbolu

Namiq Ələsgərov 100-ə çatdı

Azərbaycan milli komandasının futbolçusu Namiq Ələsgərov ölkə çempionatlarında 100-cü oyununu keçirib. “Neftçi”nin yarımmüdafiəçisinin yubileyi Topaz Premyer Liqasının VI turunun “Səbail”lə ev matçına təsadüf edib.

Premyer Liqada 2011/12 mövsümündə, yetirməsi olduğu “Bakı”nın heyətində debüt edən yarımmüdafiəçi “zolaqlılar”ın forması ilə 19 matçda 2 dəfə fərqlənib. “Qarabağ”da 25 (1 qol), “Kəpəz”də 15 (3 qol) çempionat oyununda iştirak edən Ələsgərov indiki klubunda həm daha çox görüşə çıxıb, həm daha çox qol vurub – 41 matçda 7 top


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43