Kateqoriyasız

Namiq Ələskərov “Bursaspor”da qol hesabını açdı, komandası qələbə qazandı

Azərbaycan millisinin futbolçusu Namiq Ələskərov “Bursaspor”da qol hesabını açıb.

İdmanxeber.az-ın məlumatına görə, o, Türkiyə 1-ci liqasının 10-cu turunda “Balıkesirspor”la səfərdə keçirilən oyunda hesabı açıb. Ələskərov görüşün 29-cu dəqiqəsində rəqib qapısına yol tapıb. Bu, Namiqin “Bursaspor”da rəsmi oyunlarda ilk qoludur.

Matç Bursa klubunun qələbəsi ilə yekunlaşıb – 2:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43