Kateqoriyasız

Namiq Ələskərov Türkiyədə növbəti qolunu vurdu – Video

Futbol üzrə Türkiyə 1-ci liqasında 16-cı turun oyunları keçirilirir.

İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü Namiq Ələsgərovun şərəfini qoruduğu “Bursaspor” öz meydanında “Manisa” ilə qarşılaşıb. Matç heç-heçə yekunlaşıb – 1-1.

Bursa klubunun yeganə qolunu Namiq vurub. 26 yaşlı futbolçu 51-ci dəqiqədə hesabı açıb. O, 86-cı dəqiqədə əvəzlənib.

Bu, Namiqin liqada 4-cü qolu olub. O, ötən tur “Denizlispor”la oyunda (3:1) da fərqlənmişdi

Xalını 18-ə çatdıran “Bursaspor” 14-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43