Kateqoriyasız

Namiq oynamadı, “Bursaspor” xalsız qaldı

Türkiyə I Liqasında 1-ci turun oyunları keçirilir.

Namiq Ələsgərovun yeni transfer olduğu “Bursaspor” klubu səfərdə “Ərzurumspor”a uduzub – 1:2.

Namiq bu qarşılaşmada da iştirak etməyib. Buna səbəb onun keçmiş klubu “Neftçi”nin “Bursaspor”a futbolçunun transfer vərəqəsini verməməsidir. Ələsgərovun ayrılığını qəbul etmək istəməyən “ağ-qaralar”ın rəhbərliyi bu yolla futbolçunun debütünü ləngidir.

“Timsahlar”a bu yay keçən Azərbaycan millisinin keçmiş üzvü Ufuk Budak da ehtiyatda qalıb.

“Bursaspor” 2 turdan sonra 1 xal toplayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43