Dünya futbolu

Nani: “Qalatasaray” məni transfer etmək istəyirdi”

“Mançester Yunayted”lə müqaviləsini daha 5 il uzatan Luiş Nani İngiltərə mətbuatına maraqlı açıqlamalar verib.

Portuqaliyalı futbolçu bir müddət öncə “Qalatasaray”dan təklif aldığını etiraf edib:

“Bu mövsüm olduqca, ciddi təkliflər aldım. “Qalatasaray” , “Tottenhem” və “Arsenal” məni transfer etmək istəyirdi, amma mən yenə “Mançester”i seçdim. Gələcəyim barədə qərar vermək o qədər də asan deyildi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43