Kateqoriyasız

Nanidən tarixi qol

“Avro-2016”nın F qrupunda keçirilən Portuqaliya – İslandiya oyununda Avropa çempionatları tarixində 600-cü qol vurulub.

Korner.az-ın məlumatına görə, Portuqaliya millisinin hücumçusu Luiş Nani matçın 31-ci dəqiqəsində rəqib qapısına yol taparaq yubiley qolu reallaşdırıb.

Avropa çempionatlarının yubiley qollarını təqdim edirik

1-ci qol – Milan Qaliç (Yuqoslaviya), 06.07.1960, Yuqoslaviya – Fransa-5:4

100-cü qol – Alen Jiress (Fransa), 16.06.1984, Fransa – Belçika-5:0

200-cü qol – Kim Vilfort (Danimarka), 26.06.1992, Danimarka – Almaniya-2:0

300-cü  qol – Zlatko Zaxoviç (Sloveniya), 18.06.2000, İspaniya – Sloveniya- 2:1

400-cü qol – Tyeri Anri (Fransa), 21.06.2004, İsveçrə – Fransa-1:3

500-cü qol – Xavi Ernandes (İspaniya), 26.06.2008, İspaniya – Rusiya -3:0

600-cü qol – Luiş Nani (Portuqaliya), 14.06.2016, Portuqaliya – İslandiya -1:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43