Dünya futbolu

“Nant” Sala üçün təzminat tələb edir

“Nant” “Kardiff”ə satdığı   Emilliano Sala üçün 15 milyon funt-sterlinq təzminatı  (təqribən 17  milyon manat) tələb edib.

Fransa klubu 10 gün ərzində  pul ödənilməyəcəyi təqdirdə,FİFA-ya müraciət edəcəyini bildirib.

Bu tələb  qarşısında təəccüblənən “Kardiff” müqavilənin qaydalarına əməl edəcəklərini və argentinalı  hücumçunun  həyatda olmadığına dair  faktları gözlədikləri vurğulayıb.

Qeyd edək ki, Salanın içində olduğu təyyarənin qalıqları Qernsi adası yaxınlığında, La-Manş boğazının dibində aşkarlanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43