08 Sentyabr 2024
Dünya futbolu

“Napoli” 65 ildən sonra antirekordunu təkrarladı

“Napoli” İtaliya kubokunun 1/8 finalında “Frozinone”yə uduzub (0:4).

İdmanxeber.az-ın məlumatına görə, neapollular 65 ildən sonra ilk dəfə İtaliya kubokunu 4 top fərqi ilə uduzdular. Sonuncu dəfə 1965-ci ildə “Napoli” “Latsio”ya eyni hesabla məğlub olmuşdu.

“Napoli”yə noyabrın ortalarından Valier Mazzarri rəhbərlik edir. 62 yaşlı mütəxəssis Rudi Qarsiyanı əvəzləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43