Dünya futbolu

“Napoli” hücumçusu üçün 120 milyon tələb edir

“Napoli”nin hücumçusu Viktor Osimhen yayda “Əl Əhli”yə keçə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı nigeriyalı üçün mübarizəyə Səudiyyə klubu başçılıq edir. Neapollu forvardla PSJ, “Arsenal”, “Mançester Yunayted” və “Çelsi”də maraqlanır.

“Napoli”nin yeni baş məşqçisi Antonio Kontenin Osimhenlə yollarını ayırmağı planlaşdırdığı qeyd edilir.

İtaliyalı klubu nigeriyalı forvard üçün 120 milyon təzminat tələb edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43