19 Sentyabr 2024
Dünya futbolu

“Napoli” müdafiəçisini göndərdi

“Napoli”nin müdafiəçisi Alessandro Zanolini icarəyə verib.

İdmanxeber.az-ın məlumatına görə, oyunçu karyerasını “Cenoa”da davam etdirəcək. 23 yaşlı italiyalı ilə icarə müqaviləsi 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Ötən mövsüm Zanoli 2024-cü ilin qışına qədər “Salernitana”da çıxış edib. Ümumilikdə müdafiəçi 23 oyun keçirib, 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43