20 Sentyabr 2024
Dünya futbolu

“Napoli” “Qalatasaray”ın müdafiəçisini istəyir

“Napoli” “Qalatasaray”da çıxış edən Deyvinson Sançesi transfer etmək istəyir.

İdmanxeber.az Calciomercato portalına əsasən xəbər verir ki, İstanbul təmsilçisində özünü xoşbəxt hiss etməyən kolumbiyalı müdafiəçi klubdan ayrılmaq niyyətindədir. 27 yaşlı oyunçunun meneceri “Napoli” ilə danışıqlar aparır.

Sançes ötən yay “Tottenhem”dən “Qalatasaray”a transfer olunub. O, bu mövsüm “sarı-qırmızılar”ın heyətində 12 oyuna çıxıb və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43